
Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində çalışmış üç nəfərin – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun mühakiməsi davam edir. Bakı Hərbi Məhkəməsinin hakimləri bu işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxırlar. Ötən məhkəmə iclasında vəkil Şahin Rəfiyev də Çovdarovun müdafiəsinə qoşulmuşdu. Hazırda onun hüquqlarını üç vəkil müdafiə edir.
Akif Çovdarov vəkillərindən imtinanı onların heç bir vəsatətinin təmin olunmaması, müdafiə tərəfinə şərait yaradılmaması ilə əsaslandırmışdı.
Məhkəmə davam edir.