
Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin məlumatına görə, cənab Lisani bu gün noyabrın 7-də Ərdəbil şəhərində bir məhkəmədə həbs edilərək Meşkinşəhr (Xiyav) şəhərinin mərkəzi zindanına köçürülüb.
Tanınmış fəalın həbsinin digər milli fəal Aydın Zakirinin toy mərasimində türk dilində təhsil tələbinə dair etdiyi nitqi ilə bağlı olduğu bildirilir.
Abbas Lisani son 15 il ərzində dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin zindanlarında illərlə həbsdə saxlanılıb.