
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, təkcə Sentyabr ayında kredit kartlarının sayı 20 min ədəd azalaraq Avqustun sonundakı 728 min ədəddən 708 minədədə geriləyib.
Bu ilin 9 ayı ərzində isə kredit kartlarının sayı 302 min ədəd azalıb. 2015-ci ilin Yanvar ayında bankların kredit kartlarının sayı 1 milyon 322 min ədədə çatmışdı. Həmin vaxtan bəri kredit kartlarının sayı 1,9 dəfəyə yaxın azalıb.
Oktybarın 1-nə cəmi ödəniş kartlarının sayı 5 milyon 174 min ədəd təşkil edib. Ödəniş kartlarının 2 milyon 284 min ədədini sosial kartlar, 1 milyon 537 min ədədini əməkhaqqı kartları, 645 ədədini isə digər debet kartları, 708 min ədədini kredit kartları təşkil edib.
Sentyabrda digər debet kartları 3 min ədəd azlıb, əməkhaqqı kartları 6 min ədəd, sosial kartlar 79 min ədəd artıb.