Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

İdmançımız erməni rəqibini nokauta saldı

58b417c6c2d067fd5899886385017963Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.

 

Federasiyadan APA-ya verilən məlumata görə, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı nakauta salaraq qələbə qazanıb.

 

Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir