Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Türkiyədə Cumhuriyet qəzetinin 9 əməkdaşı haqqında “həbs qərarı verilib”

cumhuriyyet-e1477912165778Türkiyə hakimiyyəti iyul ayında baş vermiş çevriliş cəhdindən sonra davam edən həbslər əsnasında müxalifətyönlü Cumhuriyet qəzetinin 9 əməkdaşı barədə həbs qərarını seçib, mətbuat bildirir.

Onların arasında jurnalist və qəzet rəhbərliyinin üzvləri var.

Bazar ertəsi saxlanılan heyət üzvləri ABŞ-da yaşayan ruhani Fethullah Gülen və kürd silahlılarıyla əlaqədə ittiham olunur.

Türkiyə çevriliş cəhdi arxasında Fethullah Güleni təqsirləndirsə də, o ittihamları rədd edir.

Cumhuriyet Türkiyənin ən yaşlı dünyəvi qəzetidir. O, həmçinin prezident Recep Tayyip Erdoğanı tənqid edən son bir neçə mətbu orqanlarından biridir.

Tənqidçilər deyirlər ki, hakimiyyət qiyam cəhdindən sonra hökm sürən fövqəladə vəziyyətdən opponentləri susdurmaq üçün istifadə edir.

İyul ayında baş vermiş çevrilişə cəhddən sonra 37 min adam həbs olunub və təxminən 110 min nəfər işdən çıxarılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir