Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Saakaşvili Ukraynadan “oğurlanıb” Polşaya aparıldı

Gürcüstanın keçmiş prezidenti vә Oessanın sabiq qubernatoru, hazırda Poroşenko hakimiyyәtinәqarşı müxalifәtdә duran Mixail Saakaşvili Ukraynadan “gəldiyi ölkəyə” deportasiya olunub. Bu barədə rəsmi məlumatı Ukraynanın Dövlət Sərhəd Keşiyi Xidməti verib.

Dövlət Sərhəd Keşiyi Xidmətinin sözçüsü Oleh Slobodian Facebook səhifəsində yazır ki, Saakaşvili barəsində tədbir fevralın 12-də, onun “Ukrayna qanunlarını pozması səbəbilə” görülüb.

Slobodian Saakaşvilinin hansı ölkəyə deport edildiyinə dair suala cavab verməyib, lakin o Ukraynaya Polşadan gəlmişdi.

Bundan əvvəl Mixeil Saakaşvilinin tərəfdarları onun Kiyevdə “adamoğurlayanlar” tərəfindən saxlandığını xəbər veriblər və bildiriblər ki, onun Ukraynadan deportasiya ediləcəyindən narahatdırlar.

Saakaşvilinin müttəfiqi David Sakvarelidze Facebook-da yazıb ki, o Kiyevdə özünün Yeni Qüvvələr Partiyasının iqamətgahı yaxınlağındakı gürcü restoranında saxlanıb.

Saakaşvilinin özü isə Facebook səhifəsində naməlum maskalı şəxslər tərəfindən saxlandığını və aparıldığını yazıb: “Adamoğurlayanlar üç Volkswagen markalı mikroavtobuslarda gəlmişdilər”.

Qısa videoda silahlı və kamuflyajlı adamların restoranın içində bir nəfərlə əlbəyaxa olduğu və ona yerə uzanmağı əmr etdikləri görünür. Silahlılardan birinin saxlananı təpiklədiyi də videoya düşüb.

O vaxt Saakaşvilinin tərəfdarları bildirmişdilər ki, bu məhkəmə qərarı onun Gürcüstana ekstradisiya edilməsi üçün imkan yaradır. Gürcüstanda Saakaşviliyə qarşı bir neçə cinayət ittihamı irəli sürülüb.

Sakvarelidze, tərəfdarları Saakaşviliyə dəstək vermək üçün restoranın yanına toplaşmağa çağırıb. Onun və Saakaşvilinin Facebook postlarında ağ mikroavtobuslardan birinin dövlət nişanları verilib.

Sakvarelidze Azadlıq Radiosuna deyib ki, Saakaşvili aparılıb və onun harada olması naməlumdur.

Sakvarelide Facebook-da bunu da yazıb ki, o və başqa tərəfdarlar Kiyevin Borispol hava limanına gedirlər, belə ki Saakaşvilinin deportasiya edilə biləcəyindən narahatdırlar.

Lakin Saakaşvilinin tərəfdarları onun saxlandığını xəbər verdikdən sonra Ukraynska Pravda xəbər portalı yazıb ki, keçmiş Gürcüstan prezidenti başqa bir Avropa ölkəsinə deportasiya olunacaq.

TSN xəbər agentliyi də adı çəkilməyən hüquq-mühafizə rəsmisinə istanədən bildirib ki, Saakaşvili Polşaya deport ediləcək.

Sakvarelidze Azadlıq Radiosuna deyib ki, “prezident Poroşenko siyasi rəqabəti bu sayaq aparmaq qərarına gəlib”.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Azadlıq Radiosuna bildirib ki, o Saakaşvilini həbs etməyib. Ukrayna polisi də Reuters agentliyinə bu məsələ ilə əlaqəsi olmadığını bildirib.

Az əvvəl Rusiya telekanalları Saakaşvilinin “Ukraynanı təyyarə ilə tərk etdiyini” xəbər verib.

Saakaşvili Varşavadan zəng edərək dostlarına deportasiya olunaraq təyyarə ilə Polşaya göndərildiyini deyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir