Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Sağlam olaq” adlı layihə həyata keçirilib

Quliyeva Nuranə Fərhad qızı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam olaq” adlı layihəsini həyata keçirib.

saglam

Layihənin icra planına uyğun olaraq 5 təlim uğurla həyata keçirilib. İlk olaraq Yasamal rayonunun 173 saylı tam orta məktəbində, daha sonra isə Yasamal rayonunun 31 saylı tam orta məktəbində təlimlər baş tutub. Növbəti təlimlər Yasamal rayonunun 225 nömrəli,53 və 42 nömrəli tam orta məktəblərində həyata keçirilib. Tədbirlər 9,10,11-ci sinif şagirdləri arasında, yəni 14-17 yaş arası 150 nəfər gənclə keçirilmişdir. Layihənin əsas məqsədi şagirdlərdə praktiki bilikləri artırmaq,onları hepatitlər haqqında məlumatlandırmaq,qanlarında bu virusları,qan qruplarını yoxlamaq,onlara mikroskopda qanın formalı elementlərini göstərmək idi. qarşımıza qoyduğumuz məqsədə nail olduq. Layihənin uğurla icra olunmasında təlim keçirdiyimiz məktəbin müəllimlərinə və direktorlarına təşəkkür edirik.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir