Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Türkiyə Suriyada təhlükəsizlik zonasını genişləndirir

erdogan-300x158Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonasını genişləndirir.

Bu barədə “Bloomberg” agentliyi Türkiyə prezidenti Ərdogana istinadla xəbər verir.

“Suriyada “Fərad qalxanı” çərçivəsində keçirilən əməliyyatlarda 900 kv kilometr ərazi hazırda terrorçulardan təmizlənib bu rayon cənuba doğru genişləndirilir”.

Ərdogan bunu, BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasına yollanmazdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, təhlükəsizlik zonasının 5 min kv kilometrədək genişləndiriləcəyini bildirib.

Ərdogan həmçinin qeyd edib ki, Suriyanın müxalifət qüvvələri hazırda “İslam Dövləti” qrupunun nəzarətində olan Al-Bab şəhərinə doğru irəliləyirlər: “Carablus və Al-Rai yaraqlılardan təmizlənib, İndi isə Al-Bab şəhərinə doğru irəliləyirik”, deyə Ərdogan vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusu və onunla müttəfiq olan Suriya üsyançıları avqustun sonunda Suriya ərazisində “İslam Dövləti” qrupuna qarşı “Fərad qalxanı” adlı əməliyyata başlayıblar.

Türkiyə həmçinin bəyan edib ki, məqsəd həm də “İslam Dövləti” qrupu ilə vuruşan digər kürd qruplaşmalarının Tükiyə sərhədinə yaxınlaşmasına imkan verməməkdir.

azadliq.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir