Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Avroliqanın I turu: “Qarabağ” heç heçə etdi, “Qəbələ” məğlub oldu

qarabagArdıcıl ikinci il qrup mərhələsinə yüksələn “Qəbələ” ilk görüşünü səfərdə keçirib. Roman Qriqorçukun komandası “Anderlext”in qonağı olub.

Brüsseldə keçirilən görüşdə təmsilçimiz 1:3 hesabı ilə uduzub.

“Qəbələ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 29-u doğma meydanda “Maynts”a qarşı keçirəcək.

“Anderlext” (Belçika) – “Qəbələ” (Azərbaycan) – 3:1
Qollar: Teodorşuk, 14 (1:0), Dabo, 20 (1:1), Rafael Santos, 41-avtoqol (2:1), Diaqo Kapel, 78 (3:1)

***

UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib. 2016/17 mövsümündə qrup mərhələsinin ilk görüşü Bakıda keçirilib. “Qarabağ” Çexiyanın “Slovan” klubunu sınağa çəkib. Ağdam klubu 1:2 hesabı ilə uduzsa da, 90+3-cü dəqiqədə Rəşad Sadıqovun vurduğu qol sayəsində Qarabağ məğlubiyyətdən yaxa qurtarıb

“Qarabağ” (Azərbaycan) – “Slovan” (Çexiya) – 2:2
Qollar: Sukora, 1 (0:1), Miçel, 7 (1:1), Milan Baroş, 68 (1:2), Rəşad Sadıqov, 90+3 (2:2)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir