
Onun sözlərinə görə, terrorçuların hədəfi yaxınlıqdakı binaların mühafizəsini təşkil edən polislər olub.
* * *
Türkiyədə yeni partlayış törədilib.
Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van valiliyi arasındakı ərazidə güclü partlayış baş verib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib. Yaralıların olduğu bildirilir.
Hadisənin arxasında PKK terror təşkilatının dayandığı deyilir.
Partlayış avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.