Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Monarxiya və talana böyük xalq etirazı; meydan növbəti mitinqi təyin etdi FOTO VİDEO

mitinq-11-sentyabr-2016-1

Mitinqin qətnaməsini oxunması üçün söz AXCP GK üzvü Ruslan Nəsirliyə verildi. Daha sonra mitinq başa çatdı.

“Bu mitinq xalq hərəkatının başlanğıcıdır”

11-sentyabr-2016-eli-kerimli

Hazırda AXCP sədri Əli Kərimli çıxış edir. Ə.Kərimli çıxışına siyasi məhbuslara salam söyləməklə başladı. “Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur. Bu gün həbsxanalarda 100-dən artıq siyasi məhbus var. Bizim əvvəlki mitinqlərimizin əsas təşkilatçılarından, mənim müavinim Fuad Qəhrəmanlı həbsdədir. Başqa müavinlərim Seymur Həzi, Asif Yusifli həbsdədir. Məmməd İbrahim həbsdədir. Mətanətli İlkin Rüstəmzadə həbsdədir. REAL Hərəkatının rəhbəri İlqar Məmmədov uydurma ittihamlarla həbsdədir, Müsavat başqanının müavini Fərəc Kərimli, ləyaqətli dindarlarımız həbsdədir. Bu mitinq xalq hərəkatının başlanğıcıdır.

Monarxiyaya yox talana son bizim ümumi şüarımızdır. Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik. Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik. Biz repressiya aparatına çevrilmiş polis işgəncələrinə yox deyirik. Dünyanın hər yerində insaanlar ədaləti məhkəmələrdə axtarır. Bizdə də belə olacaq. Biz bazara çevrilmiş məhkəmə sisteminə yox deyirik. Əziz həmvətənlər torpaq bizim üçün müqəddəsdir. Amma biz Azərbaycan əsgərlərə, qazilərə, şəhid ailələrinə olan biganəliyə, insafsızlığa yox deyirik. Bizim gənc balalarımız yalnız torpaq uğrunda şəhid ola bilərlər. Amma biz daha çox qanunsuzluğun, özbaşnalığın qurbanı olan şəhidləri görürük. Biz əsgər ölümünə yox deyirik”.

11-sentyabr-2016-milli-shura-mitinq

Ə.Kərimli referendumla da bağlı fikirlərini bölüşdü: “Azərbaycanın ali qanunu 3-cü dəfədir ki, dəyişdirilir. 2012-ci ildə Konstisuiyanı dəyişdilər onun müddətsiz seçilməsinə maneçilik olmasın. İndi də Konstitusiyanı İlham Əliyevin hakimiyyətini möhkəmləndirmək üçün dəyiçmək istəyirlər. Biz Azərbaycanda Monarxiya yaradılmasına, sülalə hakimiyyətinin davamlı olmasına yox deyirik. Əzi həmvətənlər bəs biz qarşımıza qoyduğumuz məqsədlərə yetişə biləcəyikmi, Sizin köməkliyinizlə əlbətdə. Biz bütün bunların hamısını Allahın köməkliyi, millətin gücü ilə bacaracağıq. Allah millətimiz qorusun. Bu millətə o iradəni versin ki, bu meydandakı mübarizliyimizi qələbəyə qədər qoruyub saxlayaq. Allah millətimizə yar olsun”.

Ə.Kərimli meydanla növbəti mitinqin vaxtını razılaşdırdı. Növbəti aksiya 17 sentyabr saat 15.00-a təyin edildi.

NİDA Hərəkatının nümayəndəsi Ülvi Həsənli: “Hökumət xalqın təbii sərvətlərini taladı. İndi isə beynəlxalq təşkilatların qapısına düşüb borc axtarırlar. Ölkədə çox ciddi böhran yaşanır. Hətta oliqarxlar da bu böhrandan təsirlənib. Ölkədə təcili siyasi-iqtisadi dəyişikliklər edilməlidir. Bütün siyasi məhbuslar dərhal azad edilməlidir. Məhkəmələrin müstəqilliyi təmin olunmalı, azad mediaya. vətəndaş cəmiyyətinə basqılara son qoyulmalıdır. Əks halda durum çox ağır olacaq”.

“Diktatorların başına sığal çəkməyin”

screen-shot-2016-09-11-at-6-05-24-pm

AXCP-nin Xətai rayon təşkilatının həbsdə olan fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli çıxış edir. “Bu gün Fuad Əhmədli, Fuad Qəhrəmanlı, Faiq Əmirli bu meydandadır. Övladlarımız zülmə əyilmir. Bunlar anlamır ki, gəncləri həbsə salmaqla, onları yaxınlarıyla görüşünə mane olmaqla özlərinə qəbr qazan hazırlayırlar. Qərbə müraciət edirəm. Bizə kömək lazım deyil. Bizə köməyiniz o olar ki, diktatorların başına sığal çəkməyin”.

“Dözüm zəncirlərini qırıb atmamız lazımdır”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli çıxışına aksiya iştirakçılarını salamlamaqla başladı: “Dözümə son qoyulmalıdır. Dözüm zəncirlərini qırıb atmamız lazımdır. Bütün problemlərin hamısına son deməyi bacarmalıyıq . Bizim gözləntilərinimiz ünvanı sizsiz. Bizim Sizdən başqa müraciət ünvanımız yodur”.

G.Hacıyeva Azərbaycanla Gürcüstan arasında müqayisə aparıb. “Qonşu Gürcüstanın nə nefti, qazı, nə də zəngin təbiəti var. Böyük sərvəti var – xalq. Məhz xalqın qəhrəmanlığı ilə Avropanın parçasına çevrilib. Biz isə yeraltı-yerüstü sərvətlərimizlə korrupsiya içində itib-batırıq. Milli iradə qarşısında heç kim dura bilməz. Biz Məmməd Əmin Rəsulzadənin nəvələriyik. Xalq 1918-ci ildəki kimi öz güçümüzü göstərməliyik”, deyə G.Hacıbəyli vurğulayıb.

“Hər bir sahə problemlərlə savaşır”

Çıxış üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə verilib. E.Quliyev çıxışında referendumu boykot etməyə çağırıb. O, dəyişikliklərin yaxşı heç nə vəd etmədiyini bildirib.  “Hər bir sahə problemlərlə savaşır. Biz bu problemlərin həll edilməsini istəyirik. Bu problemləri daha da dərinləşdirəcək qanunverici mexanizmləri yaradılmamalıdır. Biz torpaqlarımızın azad edilməsini istəyirik. Ancaq hökumət 25 ildir yalan danışır. Parça-parça olmuş mənəviyyatımızı qorumaq istəyirik. Ancaq hökumət Hacı Tale Bagırov, Hacı Abgül kimi mənəviyyat adamlarını həbsxanaya atıb”.

Mitinq keçirilən ərazidə internet və mobil rabitə problemi var. Bütün telefonlarda rabitə dayanıb

Hazırda çıxış üçün söz AXCP sədrinin müavini Nurəddin Məmmədlidədir.

AXCP sədri Əli Kərimli hakimiyyətin mitinqə təxribat hazırladığı haqda məlumat verdi.

Hakimiyyətin təxribatlarla heç nəyə nail olmayacağını, bunun hakimiyyətin özünə qarşı işləyəcəyini bildirən Ə.Kərimli mitinq iştirakçılarına üz tutaraq “ Hər birinizi mitinqin mühafizəçisi elan edirəm” dedi. “Aranınızdakı təxribatçını dərhal zərərsizləşdirib polisə təhvil verin” dedi.
Bərdədən mitinqdə iştirak etmək üçün gələn AXCP üzvləri saat 3də saxlanılıb və onlara rayon ərazisindən çıxmağa imkan verilməyib.

Çıxış üçün söz ədliyyə generalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamala verildi: “Bu dəyişiklikləri qəbul etmək olmaz. Bu demokrtatik cəmiyyət üçün tamamilə yolverilməzdir. Mən bütün cəmiyyəti bu dəyişiklıiklərə, referenduma yox deməyə çağırıram”.

***

Etiraz aksiyasında “Çörək baha, ət baha, yemək tapmır xalq daha”, “Əmək haqqı 105 manat, təhsil haqqı 4000 min manat”, “Azərbaycan intiharlar ölkəsi”, “Biz kölə deyilik”, “Yox deyirəm”, “Lazım” Qarabağa nə vaxt gələcək?”, “Siyasi məhbuslara azadlıq”, “Dəstək olaq doğruya, lənət olsun oğruya”, “Yalançı da hökumət, Gülənçi də hökumət” şüarları qaldırılıb.

Onu da qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli Strasburqda beynəlxalq tədbirlərdən birində iştirak üçün səfərdədir. Bu üzdən C.Həsənli aksiyada iştirak etmir.

***

“Ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyətdir”

Aksiya dövlət himninin səsləndirilməsiylə açıq elan edildi. Mitinqin aparıcısı AXCP RH üzvü İlham Hüseyndir:

“Salam olsun dövlətinin və xalqının taleyinə biganə qalmayam mərd insanlara. Salam olsun şərə boyun əyməyən haqqın səngəlində dayanan mərd insanlara. Bizim Şərqdən, Qərbdən gözləntimiz yoxdur. Bizim arxayın olub mübarizə aparacağımız yeganə qüvvə xalqdır. Bu ölkəyə demokratiyanı bu xalq gətirəcək. Heç bir rejim xalqın qarşısında duruş gətirə bilməz. Sizlərin, xalqın köməkliyi ilə bu avtarizm dağını dağıdacağıq. Bu meydanda xeyli atalar, analar görürəm. Biz həmişə övladımıza nəsə qoyub getmək istəmişik. Amma ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyət qurmaqdır. Dünya yaranandan xeyirlə şərin mübarizəsi gedib. Amma sonda həmişə xalq qalib gəlib. İnşallah biz də qalib gələcəyik. Əgər bir ölkənin hər yeri qızıla dönsə, amma o ölkədə qanun şah deyilsə o qızılın dəyəri olmaz. Əsas normal hökümətin olmağıdır. Böhranlı vəziyyətdə islahat aparmaq əvəzinə xalqın üstünə gəlirlər, onun aksiyada iştirakına mane olmağa çalışırlar. Amma bu cəmiyyətin işıqlı üzləri haqq yolundadır”.

***

Milli Şuranın “Monarxiyaya yox! Talana son!” şüarı ilə keçirilən mitinqinin başlamasına dəqiqələr qalır. Artıq mitinq meydanı olan “Məhsul” stadionunda xeyli insan toplaşıb. Meydanda tribuna hazırdır, başqa lazımi texniki tədbirlər də görülüb. İnsanların meydana axını davam edir. İştirakçılar meydana polis yoxlamasından keçərək daxil olurlar. Ətrafda və meydanın girişində polis təhlükəsizlik tədbirləri görür.

 

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Mitinqlə bağlı yenilənmiş xəbərlər, çıxışçıların nitqi ən üstdə olacaq.

***

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçiriləcək. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) olacaq. Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Təşkilatçılar mitinq üçün bütün hazırlıqların artıq tamamlandığını bildiriblər. Aksiyanın texniki və təşkilatçılar tərəfindən təhlükəsizliyə nəzarət tərəfi də həll olunub. Milli Şura mitinqin yüksək səviyyədə və kütləviliklə keçəcəyinə əmindir.

Milli şuranın mitinq qərarı ilk günlərdən cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Milli Şura ilə yanaşı çoxlu sayda sosial şəbəkə istifadəçiləri, o cümlədən feysbukdakı əksər böyük səhifələr mitinqlə bağlı xəbərlər paylaşıb, çağırışlar edib. Bir neçə təşkilat və qruplar mitinqdə kollektiv iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə mitinq təbliğatı təxminən 1 milyon insanı əhatə edib. Milli Şuranın təşkilati donoru olan AXCP mitinqə hazırlıq məqsədilə 30-dan artıq yerli təşkilatında müşavirələr keçirib, min nəfərdən artıq partiya fəalı mitinqin təşkilatçılığına cəlb olunub.

Bütün bunları nəzərə alaraq, təşkilatçılar mitinqin yetərincə izdihamlı keçəcəyini gözləyirlər. Mitinqə qarşı aqressiv əks-təbliğat və qara piar kampaniyası təşkil etməsi, onun kütləviliyini, hazırlıq səviyyəsini azaltmaq üçün müxtəlif təxribat və maneələrə əl atması ilə hakimiyyət də bu aksiyanın izdihamlı alınacağından ehtiyatlandığını ortaya qoyub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir