Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Eldar Mahmudovun oğlu saxlanıldı

eldar ogluMilli Təhlükəsizlik Nazirliyinin keçmiş şefi Eldar Mahmudovun oğlu, Anar Mahmudov bir neçə gün əvvəl Bakının Nardaran qəsəbəsində keçirilən reyd zamanı saxlanılıb.

Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərdən saxlanılmasının səbəbini soruşub. Ona bir daha reyd keçirildiyini bildirəndə isə polislərə irad tutub, özünün sıradan biri olmadığına işarə vurub. 33 bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz edib. Onun sözlərindən belə çıxıb ki, polislər onu mütləq şəkildə tanımalı, reyd olsa belə saxlamalı deyilmişlər…

Polislər Nardarandakı reydlərin məlum əməliyyatların davamı olduğunu və ölkə rəhbərliyinin tapşırığı əsasında keçirildiyini Anar Mahmudova bildirəndən sonra keçmiş nazirin oğlu narazı halda maşına minərək yoluna davam edib.

Məlumata görə, Eldar Mahmudovun Nardaran qəsəbəsində dəbdəbəli imarəti var. Həmin imarət Eldar Mahmudov nazir olduğu dövrlərdə tez-tez kef məclislərinin keçirildiyi məkanlardan olub. Eldar Mahmudov vəzifədən çıxarılandan və Bilgəhdəki bağ evində nəzarət altına alındıqdan sonra Nardarandakı imarətində də kef məclislərinin arası kəsilib. Anar Mahmudov həmin imarətdə ara-sıra peyda olur. Bu məlumatlar A.Mahmudovun ölkədən çıxışına qadağa qoyulması haqda iddiaları da dolayısı ilə təsdiqləyir.

A.Mahmudov atasının nazirliyi dövründə “Caspian Crystal Holding”də birləşən ailə biznesini idarə edirdi. Bundan əlavə, yayılan məlumatda bildirilir ki, Eldar Mahmudovun oğlu Şamaxı rayonunda yüz hektarlarla torpaq sahəsini də ələ keçirib. Belə ki, Şamaxı bələdiyyəsinin mülkiyyətində olan 205 hektar torpaq sahəsi Anar Mahmudovun rəhbərlik etdiyi “Kometa-T” MMC şirkətinin adına rəsmiləşdirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir