Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Şəhid atasından ölkə başçısına növbəti müraciət

ilhamaliyev-shekide1Ağdamdan rayonundan olan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət edib. O, müraciətin bir surətini də redaksiyamıza yollayıb. Şəhid atasının müraciətini olduğu kimi təqdim edirik:

“Cənab prezident, mən bir sahibkar və şəhid atası kimi sizi mərhum Heydər Əliyevin ruhuna and verirəm ki, bu şikayətimi diqqətə alasınız və araşdırılması üçün daxili işlər naziri cənab Ramil Usubova həvalə edəsiniz.

Çünki iki məmur məndən rüşvət tələb edib. İki ildir ki,  onlar məni süründürürlər. Mənə komitənin qərarı ilə 120 min manat kredit ayrılması nəzərdə tutulsa da, məni aldadaraq, biznes planımı dəyişdirməklə, 50 min manat verdilər.

Onların məni müflis etməsinə baxmayaraq il yarımdır ki,  götürdüyüm kreditin hər ay ödənişini etmişəm. Heç bir gecikməm də yoxdur.

Həmin iki məmur barəsində dəfələrlə Baş Prokurorluğa şikayət etsəm də, Yasamal Rayon Prokurorluğunda bu iş araşdırılarkən

baş prokuror Zakir Qaralov onlara məktub yazaraq işin dayandırılmasını və həmin məmurlar barəsində cinayət işinin başlanmamasını bildirib. Deyib ki, mən İqtisadiyyat Nazirliyinə təqdimat göndərəcəyəm.

8 aydır ki, nazirlikdən baş prokurorun təqdimatına müxtəlif bəhanələrlə cavab verilir. Baş prokuror məni məlumatlandırmamış nazirliyə kreditin verilməsi barədə təqdimat yollayır.

Gözəl qanunlarımız və sərəncamlarınız olsa da, baş prokuror onları pozaraq 7-8 aydır ki, iqtisadiyyat naziri ilə boş-boşuna məktublaşır. Şikayətim Yasamal Rayon Prokurorluğunda dondurulub. Baş prokurordan Şirzad Abdullayev kimi məmurlara qarşı cinayət işinin başlanmasını xahiş etmişdim.

Cənab prezident! Sizdən şəhid atası kimi xahiş edirəm, Baş Prokurorluqdakı qanunsuzluğu nəzərə alıb mənim işimi Ramil Usubova həvalə edin. İnanıram ki, o bu işi araşdırsa,   həmin məmurlara qarşı cinayət işi başlanıb ədalətli qərar çıxarılacaq”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir