Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Türkiyəli məşhurlar da “Demokratiya və Şəhidlər” mitinqinə qatılır – FOTOLAR

Türkiyəli məşhurlar da “Demokratiya və Şəhidlər” mitinqinə qatılır - FOTOLAR

Türkiyənin məşhur simaları  Yenikapıda baş tutacaq “Demokratiya və Şəhidlər” mitinqinə qatılmaq üçün yola düşüb.
Türkiyə mətbuatı xəbər verir ki, məşhurlar məkanda meydana gələ biləcək yol sıxlığı səbəbiylə mitinqə dəniz yolu ilə gedir. Onlar gəmidə çəkilən fotoları sosial şəbəkədə paylaşıb və xalqı mitinqə çağırıblar.
Qeyd edək ki, mitinqdə 500 nəfərdən ibarət sənətçi, internet fenomeni, radioçu, idmançı səhnəyə çıxacaq. Türkiyənin demokratiyaya olan inancını bütün dünyaya göstərəcəyi mərasimə qatılacaq məşhurlar arasında Orhan Gencebay, İbrahim Tatlıses, Kenan İmirzalıoğlu, Yılmaz Ərdoğan, Arda Turan, Hande Yener, Ümit Besen, Mustafa Sandal, İpek Acar, İrem Derici, Rafet El Roman, Enbe Orkestrası, Ferhat Göçer, Hayko Cepkin, Burcu Güneş, Kibariye, Özgün, Ahmet Özhan, Ziynet Sali, Türkan Şoray kimi məşhurlar var.
Mərasimin sənətçi təşkilatını boynuna götürən prodüser Polat Yağçı mitinq barədə də açıqlama verib: “Xalqımızın bütün dünyaya verdiyi demokratiya dərsi yeni bir yol qazanacaq. Sənətçilərimizin bir çoxu bu əhəmiyyətli gün üçün konsertlərini təxirə saldı, səyahətlərini ləğv etdi. Əminəm xalqın sevimlisinə çevrilmiş sənət adamları bu tarixi günə əskiksiz qatılacaq. Biz də 100 nəfərlik komandamız ilə bu əhəmiyyətli vəzifənin altından qalxmağa çalışacağıq. Bu gün birlik olub, daha çox çalışmalıyıq.  Bu xalq buna layiqdir”.


LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir