Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ukraynadakı səfirliyimiz soydaşımızı köməksiz qoydu


Yevlax rayonundan olan, 1970-ci il təvəllüdlü Knyaz Məmmədov saytımıza açıqlamasında bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyi ona lazımı sənədləri vermədiyi üçün övladlarını Ukrayndan çıxara bilmir.

 

K. Məmmədov bildirib ki, oğlu Ceyhun, qızları Nərmin və Ayseli anasız, tək böyüdüb: ”
Mən Azərbaycan vətəndaşıyam. Oğlumun Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatıb. Onu vətənə hərbi xidmətə yollamaq istəyirəm. Amma övladlarımın pasportları tanınmayan “Luqansk Xalq Respublikası”na məxsus olduğu üçün onları Azərbaycana gətirə bilmirəm. Ukrayna Luqanskın yerli hökumətinin verdiyi pasportları tanımır. Səfirlik isə uşaqlarıma Azərbaycana getmək üçün müvafiq arayışı vermir. Bununla bağlı dəfələrlə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət etmişəm, lazımi sənədləri təqdim etsəm də nəticə yoxdur”.

Hazırda Ukraynanın şərqində vəziyyət gərgin olduğu üçün K.Məmmədov övladlarının təhlükəsizliyi üçün narahatdır.

Qeyd edək ki, Krasnıy Luç şəhəri tanınmayan “Luqansk Xalq Respublikasının” nəzarətindədir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir