Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Dünya Gündəm Hadisə İctimai İnsan haqları Müsahibə Siyasət Xəbərlər

Şahramanyan öz sözlərini danır

S”Arsax respublikası ləğv edilməyib.  Bu barədə fərman və onun ortaya çıxması şərtlərilə bağlı daha ətraflı və detallı şəkildə Ermənistan İctimai televiziyasının efirində açıq danışacağam”. Bu barədə  Qarabağ “prezidenti” Samvel Şahramanyan Yerevanda etiraz edən Qarabağ sakinlərinə bildirib.

“Heç bir sənəd xalq referendumu ilə yaradılmış Arsax Respublikasını ləğv edə bilməz”, – o deyib.

“Mən hər birinizlə görüşməyə, ətraflı məlumat verməyə hazıram, amma başa düşməlisiniz ki, həm Arsax, həm də Ermənistan çox çətin vəziyyətdədir və hər yanlış hərəkət gözlənilməz nəticələrə səbəb ola bilər”, – o, Qarabağın Ermənistandakı nümayəndəliyinin qarşısında etiraz edənlərə deyib.

Qarabağı tərk edən sakinlərdən ibarət böyük qrup cümə günü etiraz aksiyası təşkil edərək Şahramanyandan “DQR”in buraxılması haqda fərmanı imzalamasının səbəbini açıqlamağı tələb edib.

Xatırladaq ki, sentyabrın 28-də Samvel Şahramanyan 1 yanvar 2024-cü ildən bütün “DQR” qurumlarının mövcudluğunun dayandırılmansa və buraxılmasına dair fərman imzalayıb

Turan.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir