Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Gözdən əlil İlham Əliyevdən kömək istədi

Ucar rayonunun Alpout kənd sakini İsmayılov Pərviz Məzahir oğlu prezidentdən kömək istəyir. Bu barədə sosial şəbəkələrdə yayılan müraciətində bildirilir.
Müraciətdə deyilir: 
“Ucar rayonunun Alpout kəndində dünyaya göz açmışam. 7 yaşında ehtiyatsızlıqdan, sağ gözümü itirmişəm. İmkansız valideynlərimin gözümün müalicəsinə etdiyi cəhdlər, boşa çıxdı. İllər keçdi, ailə qurdum. Hazırda 2 azyaşlı,1 yaş və 6 yaşlı oğul övladlarım var. 3 qrup əlilliyə görə, 52 manat pensiya alıram.
Deyildiyi kimi, mən ölkədəki “analoqsuz” inkişafı,həyatımda rifahı görmür və hiss etmirəm…çox istərdim, yaşlı valideynlərimə də kömək edim.Çox təəssüflər olsun ki, ailəmizdə tək anam 65 manat pensiya alır,onu da hər ay nəvələrinə göndərir.
6 il öncə,ağır yaşayış tərzinə dözməyib,canımdan artıq sevdiyim Alpout kəndini tərk edərək Bakı ətrafı qəsəbələrindən biri – Biləcəridə məskunlaşdım.Pensiyamın azlığından,kənddə iş olmadığından,şəraitsizlikdən öz doğma kəndimdən didərgin düşdüm.
Hazırda mən,məmur vicdansızlığı və özbaşınalığı ucbatından, məcburi köçkün həyatı yaşayıram.Tikintilərdə günəmuzd işləyirəm.İş tapa bildiyim günlərdə7-10 manat qazanıram.
Oftomoloji müayinə zamanı,məlum oldu ki,sol gözüm də zəifləyərək görmə qabiliyyətim 70%-ə düşüb. Dəfələrlə Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinə, pensiyamın azlığı ilə bağlı müraciətlərim nətizəsiz qalıb.Əslində mənə, 2 qrup əlillik dərəcəsi təyin olunmalıdır. “İmkansız”lıqdan 2 qrup əlilliyimi ala bilmirəm. Əmək və Əhalinin Sosial Nazirliyinin Ucar rayonundakı “obyekt”i məni dinləmək belə istəmir.
Hər ay 52 manat pensiyamı alarkən özümü təhqir olunmuş hesab edirəm.Bütün məhrumiyyətlərə, acılara dözərdim, ancaq .ailəmdə böyüyən, 2 oğul övladımı,sağlam əsgər kimi görmək istəyirəm.
Hörmətli media qurumları,vəziyyətimlə bağlı ölkə prezidenti İlham Əliyevi məlumatlandırmanızı,hər birinizdən xahiş edirəm”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir