Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Siyasət Xəbərlər

Bu ya axmaqlıqdır, ya da xəyanət

İctimai fəal Bəxtiyar Hacıyev

9 aydır Rusiya Müdafiə Nazirliyi hər gün öz bülletenlərində “Martakert, Martuni, Madagiz, Stepanakert” adlarından istifadə edir, Xocavəndin kəndlərinin adını erməni versiyasında yazır, “Dağlıq Qarabağ ərazisində”, “Dağlıq Qarabağın rayonu” kimi ifadələrdən istifadə edir. Bir neçə dəfə atəşkəsdə “Dağlıq Qarabağ silahlı birləşmələri” yazıblar və Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham ediblər.

Möhtərəmə demək lazımdır ki, bizim jurnalistlərə Vardenisi Basarkeçər kimi yazmağı biz də xahiş edə bilərik. Zəhmət olmasa, cəsarət etsin, əziyyət çəksin, ölkəyə gətirdiyi rus ordusuna başa salsın ki, ləğv edilmiş rayon adlarını yazmasınlar, “Dağlıq Qarabağın rayonu” yox, “Azərbaycanın rayonu” desinlər.

Rusiya Qarabağda Abxaziya ssenarisini bənd-bənd təkrarlayır. Bunu görməmək üçün ya axmaq olmaq lazımdır, ya da xain.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir