Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

TƏBİB parlamentdə sərt tənqid edildi: Ayıb olsun!

“Bu, çox yalnış yanaşmadır”
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”.
Bunu parlamentin komitə iclasında çıxışı zamanı deputat Rüfət Quliyev deyib.
O bildirib ki, iyunun 12-də TƏBİB-in rəhbərliyinə məktub göndərsə də, hələ də cavab verilməyib: “Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdı sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”, – deyə, deputat əlavə edib.
Musa QuliyevMənbə: google.az
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də TƏBİB-i sərt tənqid edib. O bildirib ki, koronavirusla mübarizə aparan tibb işçilərinin maaşlarına əlavələrlə bağlı cənab Prezidentin sərəncamı olsa da, TƏBİB həmin şəxslərə yalnız işə çıxdıqları gün üçün əlavə pul yazır:
“Bu, çox yalnış yanaşmadır. Onlara ayıb olsun!”///Meydan.Tv

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir