Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm

Siyasi məhbusların vəkili Vəkillər Kollegiyasından çıxarıldı

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilir.
İclasda  bir sıra vəkillərlə bağlı daxil olan şikayətlərə baxılıb.
Bir müddət əvvəl Baş prokurorun birinci müavini Rüstəm Usubov 4 vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib. Müraciətdə Nemət Kərimli, Əsabəli Mustafayev, Aqil Layic və Fəxrəddin Mehdiyevin adı var. Bundan başqa, Pentensiar Xidmətin şikayəti əsasında vəkil Yalçın İmanovun da işinə baxılıb.
İstiqlal.az-ın məlumatına görə, Vəkillər Kollegiyası Yalçın İmanov haqqında qərar qəbul edib: Kollegiyadan xaric edilməklə bağlı məhkəməyə müraciət edilsin, məhkəmə qərar qəbul edənədək vəkillik fəaliyyəti dayandırılıb.
Kollegiya davam edir.
Qeyd edək ki, tanınmış vəkil Yalçın İmanov əsasəsən siyasi məhbusların hüquqlarını müdafiə edirdi.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir