Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Qəhrəman Muxtarov: ” Azərbaycandakı vəziyyəti dəyişmək üçün beynəlxalq təzyiqlər güclənməldir.”

Azərbaycanda koronavirusla bağlı karantin rejiminin tətbiqi ilə əlaqədar müxalifətin aktiv üzvləri həbs edilib.  Martın 22-dən bəri həbs olunan bu şəxslər ya karantin rejimini pozması, ya da digər səbəblərdən saxlanılaraq 15 gündən üç ayadək həbs edilib. Bir nəfər isə “müalicə almaq üçün” psixiatriya xəstəxanasına göndərilib. Bəzi beynəlxalq təşkilatlar və dünyanınmış media qurumları Azərbaycan hökumətinin “karantin rejimindən istifadə etməklə, hökumət tənqid edənərin susdurmağa çalışmasını” mənfi qaşılayıb.

Qəhrəman Muxtarov  hesab edir ki, hazırda Azərbaycan müxalifəti hər hansı qanunsuz addım atmır ki, onları qondarma ittihamlarla həbs edəsən.

“Müxalifətin daxilində nə xüsusi səfərbərlik, nə də xüsusi aktivlik görürük. Ancaq, görünür, hökumət nümayəndələrində bizdə olmayan məlumat var. Hakimiyyət iqtisadi böhrandan narahatdır və buna cavab olaraq, əhali sosial dirəniş göstərə bilər və ya sosial partlayış ola bilər, müxalifətdə xalqın önünə çıxmağa kimlər varsa, o şəxsləri zərərsizləşdirməyə çalışırlar”.

Q.Muxtarovun  fikrincə, hökumət fürsətdən istifadə edib müxalifəti zəfilətmək istəyir:

“Əhalinin və  ayrı-ayrı partiyaların üzvlərinin gözünü qorxutmaq lazımdır. Hətta bizim heç tanımadığımız, ancaq öz icmasında güman yerinə çevrilə biləcək adamlar da hədəfdirlər. Aktiv jurnalistlərinŞ AXCP-nin, Müsəlman Birliyi  ADR hərəkatının üzvlərinin həbsi bunu göstərir”.

Q.Muxtarovun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Novruz Bayramı ilə bağlı təbrik müraciətində  Azərbaycan müxalifətini və xaricdə ona etiraz edən şəxslərin “cəzalandırılması  mesajını” vermişdir:

“Hakimiyyət çalışır ki, karantindən sonrakı dövrdə hakimiyyətə qarşı hər hansı bir etiraz tədbiri həyata keçirilməsin.  Çünki ölkədə ciddi sosial narazılıq var. Və günü-gündən də sosial durum pisləşir. Neftin qiymətinin ucuzlaşması da sosial duruma təsir edən əsas amillərdəndir. Milli valyutanın taleyi necə olacaq bilinmir. Hakimiyyət də məhz bütün bunlara görə, çox narahatdır”.

Q.Muxtarovun sözlərinə görə,  Azərbaycanda sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, hökümətdə aqressivləşir. Ölkədə normal siyasi mühüt formalaşmayınca, açıq və şəffaf idarəetmə olmadığı müddətcə vəziyyət gərgin olaraq qalacaq. 27 ildir Azərbaycanı idarə edən avtoritar rejimin sözün əsl mənasında islahat aparmaq istəyi yoxdur.  Azərbaycandakı vəziyyəti dəyişmək üçün beynəlxalq təzyiqlər güclənməldir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir