Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Cahangir Hacıyevdən gözlənilməz qərar – Kassasiya şikayətini geri götürdü

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyev gözlənilməz addım atıb. İstiqlal.az xəbər verir ki, o,  Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb.

Cahangir Hacıyevlə yanaşı, onunla birlikdə mühakimə olunaraq 11 il həbs cəzası almış dostu, Bakı Fındıq Emalı zavodunun keçmiş direktoru Azad Cavadov da Ali Məhkəməyə şikayət vermişdi

Bu gün  Ali Məhkəmədə Cahangir Hacıyevin işinə baxan hakim İnqilab Nəsirov deyib ki, həm Cahangir Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev, həm də Azad Cavadovun müdafiəçisi Əli Ələkbərov Ali Məhkəməyə ərizə təqdim ediblər. Vəkillər yazır ki, əlavə sənədlər əsasında kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ortaya çıxıb, ona görə də kassasiya şikayətinin geri qaytarılmasını xahiş edirlər.

C.Hacıyev də saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən məktub göndərib. Yazıb ki, vəkillərinin mövqeyi ilə razıdır.

İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası şəxsin kassasiya şikayətini geri götürmək hüququ olduğunu əsas gətirərək, onun geri qaytarılması haqda qərar çıxarıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir