Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Elektron hökumət” Şirvanda – Foto

 8 İyun 23:24

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi həyata keçirdiyi “Qadınlar arasında “Elektron hökumət”lə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Şirvan şəhərində məlumatlandırma sessiyası keçirib.

Tədbirdə Şirvan şəhərindən olan 30 nəfər qadın iştirak edib.

Tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə İsmayılova elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün daha səmərəli olduğunu bildirib.

S.İsmayılova vaxta qənaət və daha rahat olması baxımından qadınların elektron xidmətlərdən istifadəyə maraqlı olduğunu qeyd edib.

Daha sonra çıxış edən “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri Sevil Allahverdiyeva qeyd edib ki, hazırda təkcə dövlət qurumları deyil, bir sıra özəl və ictimai xidmət göstərən qurumlar da xidmətlərini elektron təqdim edir: “Amma bu xidmətdən paytaxta nisbətən regionda yaşayan sakinlər daha az yararlana bilir. Bunun səbəblərindən biri onların elektron xidmətlərə çıxış imkanlarının olmamasıdırsa, digər əsas səbəb onların bu xidmətlərdən istifadə ilə bağlı bilgisizlikləridir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hayata keçirdiyimiz bu layihənin də məqsədi elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlılığın artırılmasıdır”.

Daha sonra məruzə ilə çıxış edən Xalid Kazımov bildirib ki, bu gün geniş tətbiq olunan «elektron hökumət»in vətəndaş üçün bir sıra üstünlüyü var: “Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompüter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Dövlət qurumları və ictimai xidmətlər həyata keçirən təşkilatlar bu gün həm öz internet səhifələri, həm də “Elektron hökumət” portalı üzərindən əhaliyə elektron xidmətlər göstərir. Artıq vətəndaş xidmət almaq üçün harasa getmir, xidmətlər vətəndaşların əlinin altına gəlir. Hazırda “Elektron hökumət” portalı e-gov.az vasitəsi 450 elektron xidmət göstərilir. Bu xidmətlərin çoxu əhalinin rahatlığına və daha səmərəli xidmət almasına hesablanıb”.

Sonra məruzəçi ayrı-ayrı dövlət qurumlarının “Elektron hökumət portalı” və öz internet səhifələri vasitəsi ilə göstərdikləri elektron xidmətlər və onlardan istifadə ilə bağlı iştirakçılara ətraflı məlumat verib. “Elektron hökumət” portalında qeydiyyat proseduru və elektron xidmətlərdən istifadə qaydalarını əyani şəkildə iştirakçılara göstərilib.

Daha sonra məruzəçi iştirakçılara e-qht.az saytı vasitəsilə göstərilən elektron xidmətlərlə bağlı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqələrinə təqdim olunan layihələrə vətəndaşların da rəy bildirmək imkanı yaradıldığı qeyd edilib.

Bundan başqa http://vetendas.e-qht.az/ bölməsində qeydiyyat və layihələrə rəy yazmaq proseduru tədbir iştirakçılarına əyani olaraq göstərilib.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

M

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir