Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Fuad Abbasov Moskvanın tələbi ilə işdən çıxarıldı

Moskvadfuada yaşayan azərbaycanlı jurnalist, Türkiyənin “İhlas” Xəbər Agentliyinin xüsusi müxbiri Fuad Abbasov işdən azad olunub.

 

Bu barədə F.Abbasov “Facebook”dakı profilində məlumat verib. Jurnalist qeyd edib ki, 1997-ci ildən bu yana işlədiyi “İhlas” Xəbər Agentliyinin rəhbərliyi onun Moskvadakı işinə son verməyi qərara alıb: “Mənə göndərilən rəsmi məktubda “İşlərin orada istədiyimiz kimi getməməsi”nin səbəb kimi göstərilməsinə baxmayaraq, hansı işlərdən nə istədiklərini başa düşmədim. Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmək başlıca “işim” olub.

 

Buradakı türk məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “Rusiya-Türkiyə əlaqələrini boş ver, işdən çıxarılarsan, kimsə sənə sahib çıxmaz” sözləri idi. Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim. Təbii ki, buna çox sevinənlər var. Çunki son 6 ay ərzində Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyətini tənqid edən, rus siyasətçilərin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu Rusiya ictimaiyyətinə çatdıran başqa heç kim yox idi”.

Daha sonra Fuad Abbasov yazıb: “Sevinənlər arasında mən də varam, çünki son günlərdə gözünə yuxu getməyən anam gecələr rahat yata biləcək… Allah şəhidlərimizə rəhmət eləsin, Vətən uğrunda tökdükləri qan yerdə qalmaz inşallah”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir