Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Valideynimol.az internet saytı fəaliyyətə başlayacaq

01 may 2018 ci il tarixindən etibarən Uşaq Hüquqlarının Müdafiəsi Liqası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardım ilə “Valideyn himayəsindən məhrum olmuş, internat müəssisələrində tərbiyyə alan Azərbaycanlı uşaqlar haqqında “Valideynim ol”  veb saytı” adlı layihənin icrasına başlamışdır. Layihənin müddəti altı aydır.

Uşaqlar cəmiyyətin gələcəyi hesab olunur. Bu ifadə heç də təsadüfi işlədilmir. Gələcəyimiz hazırda böyüməkdə olan uşaqların necə formlaşdırılmasından asılıdır. Cəmiyyətdə uşaqlara göstərilən diqqət və qayğının artırılması mümkün neqativ halların qarşının alınması üçün düşən böyük məsuliyyətdir. Validyen himayəsindən uzaq düşmüş uşağın , yeniyetmənin və gəncin xəyallarında hər zaman doğma, isti, onun himayəsinə  alacaq bir evə ehtiyacı var. Bu ev onlara müxtəlif yerlərdə təqdim edilir , ancaq bir çox hallarda bu yerlər onların normal inkişafına , dünyagörüşünün elmi əsaslarda fomalaşmasına bir o qədər də əlverişli imkan yaratmır, onlar üçün ailə qayğısını əvəz etmir. Uşaq evləri atılmış, ata-ana qayğısından məhrum olmuş uşaqların sığınacaq yeridir. Uşaqlar internat evlərinə müxtəlif səbəblərdən düşürlər. Bəziləri valideynlərini itirdiyinə görə, bəziləri isə ata və anasının məsuliyyətsizliyi ucbatından doğma ocağından qoparılaraq uşaq evlərinə atılırlar.

Əfsuslar olsun ki, Azərbaycanda uşaqları övladlığa götürmək prosesi o qədər də populyar deyil. Bunun  ən başlıca səbəblərdən biri uşaq evlərinin çox qapalı müəssisələr olduğu və insanların övladlığa götürülə biləcək uşaqlar haqqında məlumatsızlığıdır. Potensial valideynlər övladlığa götürülə biləcək uşaqlar haqqında heç bir məlumata malik deyillər. Hal-hazırda övladılığa uşaq götürmək üçün valideynlər əvvəl Qəyyumluq və Himayəçilik kommissiyasına müraciət etməli, sonra müvafiq sənədləri Səhiyyə və Təhsil Nazirliyinə verməli və yalnız bütün sənədlər qəbul olunandan sonra məhkəmə həmin şəxsin övladlığa uşaq götürməsinə qərar verə bilər. Yalnız ondan sonra gələcək valideynlərə uşaqları seçmək və görmək imkanı yaradılır. Bir çox xarici ölkələrdə, o cümlədən MDB məkanında gələcək valideynlər veb sayt vasitəsi ilə övladlığa götürüləcək uşaqlar haqqında məlumatı tapa bilirlər. Veb saytın ingilis dilində də olması xarici ölkələrdən uşaqları övladlığa götürmə prosessini populyalaşdıra bilər.

Layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş Azərbaycan uşaqları haqqında intervyu, şəkillər, onlayn məlumat bazası olan Azərbaycan və İngilis dilində veb sayt/ informasiya portalının hazırlanması. Həmin veb sayt vasitəsi ilə Azərbaycan uşaqlarının övladlığa götürmə prosesini populyarlaşdırmaqdır. Bunun üçün layihə çərçivəsində azərbaycan və ingilis dilində www.valideynimol.az vüb saytının yaradılması nəzərdə tutulmuşdur.

 

 

Uşaq Hüquqlarının Müdafiə Liqasının

sədri Yusif Bəkirov

 

02.05.2018