Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Mahal Qacarın 80 yaşı tamam oldu

Mahal_QacarTanınmış tarixçi alim Qacarlar sülaləsi və Borçalı eli ilə bağlı unikal araşdırmaların müəllifidir

Qacarlar sülaləsinin tarixi də daxil olmaqla, bir çox maraqlı və əhəmiyyətli tarixi araşdırmaların müəllifi olan tarixçi-alim Mahal Qacarın 80 yaşı tamam olub. Daha çox “Qaradağ xanlığı”, eləcə də rus dilində çap edilən “Культура Азербайджанского государства Сефевидов (XVI-XVII вв.)” kimi kitabları elmi ictimaiyyətə yaxşı tanış olan Mahal Qacar 1938-ci il sentyabrın 12-də Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olub. N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirən M.Qacar bir müddət doğulduğu kənddə tarix müəllimi işləyib.

1973-cü ildən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında çalışan alim həyatının böyük hissəsini bu ali təhsil ocağına həsr etmiş, samballı tarixi araşdırmaların, kitab və məqalələrin müəllifi olmuşdur.
Həyatının az qala 45 ilini tarix elminə həsr edən və bu gün də elmi araşdırmalarını davam etdirən qocaman alimin ən maraqlı işlərindən biri də Borçalı mahalının tarixinə unikal töhfə vermiş “Borçalı mahalı və Qarakənd – Kosalar eli” kitabıdır.

Pedoqoq kimi də böyük nailiyyətləri olan M.Qacarın çoxlu sayda tələbələri bu gün tarix elminə və təhsilimizə xidmət etməkdədir.
80 yaşlı alimimizə möhkəm sağlamlıq,uzun ömür arzulayır və inanırıq ki, onun min bir zəhmət hesabına ərsəyə gətirdiyi elmi əsərləri hələ uzun illər tarix elminə xidmət edəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir