Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Hamının həyatı gözəl deyil…

Günahkar kimdir!

Kimi xoşbəxt, kimisi isə bədbəxtdir bu həyatda.
Bir şey də məlumdur ki, hər qız xoşbəxt olmaq, təmiz sevgi, ailədə qayğı, hörmət və dəyər görmək istəyir. Bəzən isə valideynlər də bilmədən səhv qərar verir və öz övladlarının həyatını öz əlləri ilə cəhənnəmə çevirirlər. Var dövlətə, şan-şöhrətə aldanan, şöhrətpərəst insanlar bir saxta parıltıya aldanarıq saf gül kimi qızlarını tanımadıqları insana verirlər.

Qərənfilin qəmli həyat hekayəsi də belə başlayır.

Qərənfil gözəl, şirin, incə,nərmənazik bir qız idi. Çalışqan, bacarıqlı, həyatı sevən bu qızcığaz valdeynlərin bir dediyini iki etməz, onlara sidq ürəkdən bağlı övlad idi. Qərənfil həm də yardımsevər idi, hər kəsə yardım əlini uzatmaq üçün tələsərdi. Elə çalışqan olduğu üçün də ali məktəbə daxil olan 18 yaşlı Qərənfil təhsil ala-ala həm də işləyib evlərinə dəstək olur.

O, valdeynlərini düşünərək çalışırdı ki, onlara yük omasın. Bir gün Qərənfil təsadüf nəticəsində iş yeridə bir oğlanla tanış olur. Amma gənc qız bunu cəsarət edib heç kimə demir. Qərənfil kolleci bitirib evə geri dönür və sevdiyi oğlan da “sən get, iki gün sonra elçilərimi göndərib səni atandan istəyəcəyəm” deyir.

Beləcə Qərənfil gülər üzlə evə gəlir. Amma yenə də cəsarət edib evdəkilərə sevdiyi oğlan barəsində heç nə demir. Ümid edir ki, valdeyinləri onun sevdiyi şəxslə evlənməsinə razı olacaq, o da bir gənc qız kimi xoşbəxt olacaq. Bu arada qonşulardan biri Qərənfili görür və çox bəyənir. Həmin qadın Qərənfili qardaşı üçün çox bəyənir və xəbər göndərir. Qərənfilin valdeyinləri bu insan varlı olmasını qız üçün yaxşı bir şans hesab edir və Qərənfilə xəbər vermədən onlara “hə” deyir. Bir neçə gün sonra isə Qərənfilin istəklisi anası ilə birgə əllərində gül qapıdan içəri daxil olur. Qərənfilin valdeyinlərindən qızı istəsələr də, artıq gec idi. Valdeyinlər dedi: “Bizim sizə verəçək qızımız yoxdur, qızım artıq başqasına nişanlıdı”. Qapı arxasında olan Qərənfil ağlayaraq o bir otağa keçir. İstəklisi isə əllərindəki gülü yola ataraq oranı tərk edir.

Artıq hər şey gec idi, ox yaydan çıxmışdı. Qərənfilin həyatı tanımadığı insanla davam etməli idi…

Qısa müddətdə toy olur və Qərənfil yənə də özü özünə dəstək olur, Fikirləşir ki, bəlkə bir az da olsa xoşbəxt olacam. Həmin insanın necə biri olduğunu isə hələ bilmirdi. Qərənfil artıq tanımadığı insanların içində baş çıxarmalı idi.

Bir gün Qərənfil bərk yuxuya getmişdi və birdən bərk qışqırıq səsi eşitdi. Həyat yoldaşı Anar idi və Qərənfili ucadan çağırırdı. “Bu gündən sən mənim həyat yoldaşım yox, bu evdəkilərin nökəri olasan”. Qərənfil bunu eşidərək təəccübləndi və o zaman saçlarının yonulduğunu hiss etdi. Qərənfil göz yaşları içində o ailənin nökəri oldu, hər gün işgəncələrə təhqirə dözdü. Həyat yoldaşının heçnəyinin olmadığını gördü. O bir içki düşkünü idi və Qərənfilə sevgi vermirdi.

Qərənfil nə edəcəyini bilmirdi, tənha idi, köməyi yox idi. Artıq Anarın böyük qardaşı bunları evdən cıxarmağa qərar vermişdi. “Mən evlənirəm evimi tərk edin”. Amma Qərənfil hamilə idi və geriyə – ata evinə qayıda bilməzdi. İstəmirdi ki, valdeynləri qəm-qüssə hissi keçirsin. Anar və Qərənfil bir balaca evdə yaşamağa başladı. Amma içki düşkünü olan Anar evə bir parça çörək də gətirmirdi .Qərənfilin anası bundan xəbər tutaraq qızının yanına gəlir, qızın tanınmaz halda görüb ağlayaraq qızın aparır.

Qərənfilin dünyaya ekiz uşağları gəlir. Qərənfil onlara tutunaraq yaşamaq istəyir. Anar dəfələrcə gəlib ailəmi istəyirəm deyir və Qərənfilin valdeyinləri qızına deyir ki, “artıq biz sənə sahib çıxa bilmərik, get həyat yoldaşının yanına”.

Beləcə qara günlər başlayır. Yənə də döyülən, təhqir olunan Qərənfil olur. Qonşularda iş görərək ayaqda durmağa bacarır bu qız. Onu yaşadan uşaqları olur. Çətinliyə dözə bilməyən Qərənfil illərdir işçi düşkün olan insanla birgə yaşayır və bir gün qərara gəlir uşaqlarını da götürüb tərk etsin rayonu. Aylarca pulunu yığan Qərənfil səhər tezdən uşaqlarını götürərək cıxıb gedir şəhərə. Bir məktub yazır valdeyinlərinə: “Əziz anam və atam .Bu günə kimi sizin sözünüzdən çıxmamışam, siz isə məni varlı ailəyə verməklə səhv etdiniz. O insanın ürəyi varlı olmayadan sonra onun ailəsini varı nəyimə gərək? Mən varlı ailəyə ərə gedə bilərəm ama kasıb heç nəyi olmayan birinə ərə getmişəm. Siz mənim orda necə əziyyət çəkdiyimi gördünüz, amma yenə də məni göz görə-görə oda atdınız .Artıq mənim iki balamdan başqa heç nəyim yoxdur. ƏLVİDA”

“Günahkar kimdir bilmirəm. Ama artıq Qərənfil sizi üçün ölüb”.

Qərənfil şəhərəgəlir və iş tapıb işləməyə başlayır. O beləcə övladlarını böyütdü, artıq həyat onun üçün uşaqlarından ibarət idi. Çətinliklərlə çox gördü bu qız, ama artıq əzilmədi ,döyülmədi, təhqir olunmadı. Əkizləri ali təhsil aldı, onlarında artıq bir evləri oldu. Qərənfil üçün yaşamaq artıq başladı, uşağlarının uğurunu görərək. Anar isə artıq dünyada yox idi. Tənha qalaraq içkli vəziyyətdə öldü…

Günahkar kimdir …?

Aydan İsgəndərli 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir