
Layihə barəsində məlumat verən təşkilatın icraçı direktoru Gülzar İbrahimova deyib ki, layihə Məktəblilər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsindən bəhs edir: “Layhənin məqsədi Azərbaycanda mütaliə mədəniyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən işlərə dəstək olmaq, gənc və yeniyetmələr arasında mütaliə mədəniyyətini təbliğ etməkdir”. G.İbrahimova onu da bildirib ki, 3 ay ərzində həyata keçiriləcək layihə çərçivəsində Bakı şəhərində kitabxanalarında oxucu fəallığı öyrəniləcək. Bununla yanaşı Bakının 2 məktəbində maarifləndirmə ilə bağlı tədbirlər həyata keçiriləcək: “Bu istiqamətdə görülən işlərin KİV-lərdə mütamadi yayımı həyata keçiriləcək; Bakıda fəaliyyət göstərən uşaq baxçalarında 200 ədəd “SEHİRLİ DÜNYA” jurnalı çap olunaraq paylanılacaq”.