Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Saatlıda pambıqçıların zəhərləndiyi deyilir

Saatlı rayonunda pambıqçıların zəhərləndiyi bildirilir.

Yerli sakinlərin Turan-a verdikləri məlumata görə, hadisə günorta saatlarında baş verib.

Azadkənd kəndi ərazisindəki pambıq sahələrində çalışan 20-yə yaxın pambıqçının rayon xəstəxanasına aparıldığı bildirilir. Zəhərlənənlərin Şirinbəyli kəndindən olan pambıqçılar olduğu deyilir.

Kənd sakinlərinin bildirməsinə görə, zəhərlənmənin səbəbləri həlkəlik bəlli deyil. Onlar ehtimal edirlər ki, pambıqçılar qidadan zəhərləniblər.

“Pambıqçılar hər gün səhər sahəyə gedərkən yol üstündəki dükanlardan günorta yeməyi üçün alış-veriş edirlər. Aldıqları adətən, dondurulmuş sosiska, kolbasa məmulatları olur. Ola bilər ki, elə qidadan zəhərləniblər”, kənd sakinləri bildiriblər.

Yerli rəsmilərlə xəbəri təsdiqləmək mümkün olmayıb.

Azadkənd kəndinin icra nümayəndəsinin müavini Mirəli Nuruşov kənd pambıqçılarının zəhərlənməsi barədə onda məlumat olmadığını bildirib.

Saatlı rayon Xəstəxanasından isə məlumat almaq mümkün olmayıb.

Son 2 hıəftədə buna qədər Azərbaycandakı pambıq sahələrində 4 kütləvi zəhərlənmə hadisəsinin qeydə alndığı bildirilir.

İyunun 20-də 20-dən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular.

Xəstəxanadan verilən məlumata görə, onlara müraciət edənlərin sayı 140 nəfəri keçmişdi. Sonrakı günlərdə də müraciətlər davam edib.

Bu iki hadisədən əvvəl, iyunun 10-da da Saatlı rayonunun Simadakənd kəndi ərazisində 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilmişdi.

Saatlı rayonunda zəhərlənənlərin hamısının artıq evlərinə buraxıldığı açıqlanıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma – ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi – ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə də əlaqədar oxşar cinayət işlərinin açıldığı deyilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir