Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Qəzetimizin əməkdaşlarına qarşı əsassız ittihamların arxasında kimlər dayanır?

Bakı şəhər sakini Aygün Əmiraslanova mətbuata yalan məlumatlar yaymaqla “Yüksəliş naminə” qəzetinin baş redkatoru Elçin Məmməd və digər əməkdaşları haqqında əsassız ittihamlar irəli sürüb. Guya biz xaricdə yaşayan mühacirləri himayə edirik və jurnalistika ilə əlaqəsi olmayan şəxslərə vəsiqə paylamaqla, pul müqabilində adlarına yazılar yazdırmaqla xaricdə sığınacaq almalarına şərait yaradırıq. Qeyd edək ki, şəkildə gördüyünüz həmin qadının yaydığı məlumatda adlarını çəkdiyi şəxslər uzun müddətdir ki, redaksiyamızın peşəkar əməkdaşlarıdır. Həmin şəxslər dəfələrlə xarici ölkələrdə təcrübə mübadiləsi proqramlarında iştirak edib və qəzetimizin inkişafında xüsusi əməkləri olub. Aygün Əmiraslanovanın qeyd etdikləri cəfəngiyyatdır və həmin şəxs müxtəlif ittihamlarla bu kimi əməllərini dəfələrlə təkrarlayaraq bizə böhtan atmağa və işgüzar nüfuzumuza xələl gətirməyə çalışıb. Hesab edirik ki, bütün bunlar bizə qarşı yazılmış senarinin tərkib hissəsidir və həmin şəxsdən ştatlı “işverən” kimi istifadə edilir.

NIKAygün Əmiraslanovanın şər-böhtan xarakterli fəaliyyəti təkcə bizimlə məhdudlaşmayıb. O, dəfələrlə başqa-başqa şəxslərə böhtan atmaqla, onları məhkəmələrə əsassız cəlb etməklə öz çirkin əməllərini davam etdirib. Hətta bu əməllərini həyata keçirərkən saxta ad və soyadından istifadə etməkdən belə çəkinməyib. Belə ki, 2013-cü ildə özünü Bakı şəhər sakini Azadə Hüseynova kimi təqdim edən bu şəxs “Samsung” firmasını ona xarab telefon satmasında ittiham edərək böhtan atıb və işlənmiş telefonu geri qaytarmaq istəyib. Sizə təqdim etdiyimiz video sujetdə bunu görmək mümkündür. Əldə etdiyimiz digər məlumata görə isə həmin şəxs 2015-ci ildə “Neftçi İdman Klubu” və başqalarına qarşı əsassız ittihamlar irəli sürüb, lakin Suraxanı rayon məhkəməsi onun iddiasını rədd edib. Görünür, bu şəxs kimlərinsə sifarişini yerinə yetirir və yeni qurbanlar axtarır.

VNAygün Əmiraslanova bizə qarşı çirkin əməllərini dayandırmaq fikri yoxdur və onun şər-böhtan kampaniyası son dövrlər intensiv xarakter alıb. Bundan əvvəl, həmin qadın vergilər nazirinə şikayət ərizəsi ilə müraciət edərək baş redaktorumuz, hüquq müdafiəçisi Elçin Məmmədin fəaliyyətinin araşdırılmasını tələb edib. Guya E.Məmməd məhkəmələrdə vətəndaşların hüquqlarını qoruyaraq, onlara nümayəndə qismində hüquqi yardım göstərdiyi dövrdə dövlətə vergi verməkdən yayınıb. Məsələ vergi orqanı tərəfindən araşdırılaraq həmin şəxsin iddiası təsdiqini tapmayıb. Həmin şəxs daha sonra Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək Elçin Məmmədin hüquq müdafiəçisi və “Yüksəliş naminə” qəzetinin baş redaktoru kimi fəaliyyətinin hərtərəfli araşdırılmasını, barəsində qanuni tədbirlər görülməsini tələb edib. Guya baş redaktorumuz dəfələrlə ölkənin prezidentinə və ailəsinə qarşı əxlaqsız, kəskin təhqiredici ifadələrlə mətbuatda məlumatlar yayıb.

Aygün Əmiraslanovanın bu əməllərində Azərbaycan Respublikası CM-nin 147 və 296-cı maddəsinin tərkibi vardır və qanun qarşısında cavab verməlidir. Redaksiya olaraq hüquq-mühafizə orqanlarına müraciət edərək Aygün Əmiraslanovanın əməllərinə son qoyulmasını, onun himayədarlarının müəyyən edilməsini, həmin şəxs barəsində ölçü götürülməsini xahiş edirik.

“Yüksəliş naminə” qəzetinin kollektivi

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir