Bərabər İmkanlar Mərkəzinin sədri, sosioloq Rafiq Təmrazov naməlum şəxslər tərəfindən hədə-qorxuya məruz qalıb. Bu barədə R.Təmrazovun özü məlumat verib.
Tagged:Media-fakt.infoQHTrafiq təmrazov

QHT sədri bildirib ki, son bir ay ərzində iki dəfə ona tanımadığı nömrələrdən zəng gəlib və bildiriblər ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindəndirlər: “Qeyd edirlər ki, giya mənim haqqımda rüşvət faktıyla bağlı şikayət daxil olub. Ciddi cavablar verəndən sonra məni təhqir etməyə başlayırlar. Əvvəlkini qeyd etməsəm də, sonuncu nömrə belə idi:+99450 311 46 46”.
R.Təmrazov üzləşdiyi hədə-qorxu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək niyyətindədir.