Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

RUSİYADA BİRJALARIN ÇÖKMƏSİ AZƏRBAYCANA NƏ QƏDƏR ZİYAN VURDU?

Son iki gündür Rusiya iqtisadiyyatında kəskin təlatümlər müşahidə olunur. Amerikanın Rusiyalı dövlət rəsmilərinə, siyasətçilərə və dövlət başçısına yaxın olan bir çox oliqarxa tətqbi etdiyi sanksiyaların təsiri Rusiya iqtisadiyyatında 2017-ci ilin əvvəlindən müşahidə olunan stabil durumu daha da kəskinləşdirib, nəticədə Rusiya fond birjası çöküb.

Təsadüfi deyil ki, 2 gün ərzində rusiyalı oliqarxların sanksiyalar nəticəsində itkisi 15 milyard ABŞ dollarından artıq olub, “Mosbirja”da oliqarxlara məxsus şirkətlərin səhmləri kəskin ucuzlaşmış, hətta “Rusal ” şirkəti texniki defolta yaxınlaşmışdır.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarları sırasında olduğu Rusiyanın ən böyük banklarından biri olan VTB Bankın prezidenti Andrey Kostinin Amerikanın sanksiya siyahısına düşməsindən sonra bankın səhmləri “Mosbirja” da 10%-ə qədər ucuzlaşmışdır. VTB Bankın səhmlərinin ucuzlaşması nəticəsində ARDNF-in səhmlərin dəyərində bir gün ərzində 50 milyon ABŞ dolları həcmində itki olmuşdur. Rusiyada birjaların çökməsi fonunda bu itkilərinin daha da artacağı qaçınılmazdır.

Məlum olduğu kimi ARDNF 2013-cü ildə Bank VTB-nin (Rusiya) səhmlərinin 2.95 faizini əldə edib. Səhmlərin dəyəri 500 milyon ABŞ dolları təşkil etmişdir. ARDNF-in son bir neçə ildə VTB Bankdan əldə etdiyi dividendin həcmi 1,2 mld rubl (təqribən 25,3 milyon ABŞ dollar) təşkil edib.

Zamiq Şükürov/iqtisadçı-ekspert

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir