Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə İctimai Siyasət Sosial-iqtisadi Xəbərlər

Azərbaycanda benzin yenidən bahalaşdı

Bu gün, sentyabrın 15-dən Azərbaycanda benzinin bəzi markalarının qiymətləri qalxıb. “Azpetrol”un yanacaqdoldurma məntəqələrindən (YDM) “Turan”a verilən məlumata görə, “Aİ-95” (Premium) markalı benzinin qiyməti 1.45 manatdan 1.6 manata, “Aİ-98” (Super) isə 1.6 manatdan 1.9 manatadək bahalaşıb. “Aİ-92” markalı benzinin qiymətində artım olmayıb.

İstər “Aİ-95”, istərsə də “Aİ-98” markalı benzinlər Azərbaycana idxal edilir, onların qiymətlərini Tarif Şurası tənzimləmir.

Bu il bundan əvvəl daha iki dəfə benzinin həmin markalarında bahalaşma olub.

Bu il bundan öncə həmin marka benzinlər bahalaşarkən Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) rəsmisi İbrahim Əhmədov demişdi ki, “Aİ-95” və “Aİ-98” markalı benzinlər ölkəyə idxal olunduğuna görə onların qiyməti dünya bazarlarından asılıdır. Onun vurğulamasına görə, dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənir: “Pandemiyadan əvvəl “Aİ-95” markalı benzinin qiyməti 1 manat 50 qəpik idi. Pandemiya dövründə neftin və neft məhsullarının qiyməti düşdüyünə görə qiymət 1.10 qəpiyə qədər düşdü, sonra yenidən bir qədər qalxdı…”.

Amma Azərbaycanda bəzi müstəqil iqtisadçılar da hesab edir ki, həmin markalı benzinin bahalaşmasının dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəsi yoxdur. Onların fikrincə, Azərbaycandakı bahalaşma sırf inhisarçılıqla bağlıdır.

Üstəlik, onlar vurğulayırlar ki, neft ölkəsi olan Azərbaycanın həmin markalı benzini özü istehsal edə bilməməsi də hökumətin əksiklərinə yazılan amillərdəndir.

Azadlıq.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir