Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Kemerovada yanğına görə mitinq

Rusiyanın Kemerovo şəhərinin sakinləri ticarət mərkəzində baş vermiş və azı 64 nəfərin ölümünə səbəb olmuş (rəsmi məlumata əsasən) dəhşətli yanğına görə kortəbii mitinqə çıxıblar.
Media-fakt.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, vilayət administrasiyasının binası qarşısındakı Sovetlər meydanında mitinq prezident Vladimir Putinin keçirdiyi müşavirənin ardınca başlayıb. Mitinq saatlardır davam edir. Aksiya iştirakçıları hakimiyyətdən faciə barədə həqiqətləri açıqlamağı, ölən və yaralananların tam siyahısını dərc etməyi tələb edirlər.
Habelə mitinqçilər şəhər meri İlya Seredyukun və qubernator Aman Tuleyevin istefasını tələb edirlər. Meydanda 2 minə yaxın etirazçının olduğu bildirilir. Əvvəlcə meydana girişi bağlamaq istəyiblər, daha sonra bu fikirdən daşınıblar.
Mitinqçilərin qarşısına İlya Seredyuk çıxıb, amma etirazçılar onu “İstefa!” şüarları ilə qarsalayıblar. Mer aksiyaçılara çağırış edib ki, ölənlərin sayının gizlədilmədiyinə əmin olmaq üçün özləri morqa gedib baxa bilərlər.Buna cavab olaraq kütlə meri “Həqiqət!”, “İstefa!”, “Qatillər!” şüarları ilə qarşılayıb. Mitinqçilər habelə prezident Putinin meydana gəlməsini tələb ediblər.
Məlumatlara görə ölənlərin sayı barədə rəsmi məlumat həqiqəti əks etdirmir.Könüllülər indiyə qədər 67 nəfərin siyahısını hazırlayıblar. 85-ə yaxın itkin düşən var. Ölənlərdən 41-i uşaqdır. Hadisə zamanı ticarət mərkəzində 1500-ə yaxın adam olub. Bu səbəbdən itkin düşənlərin sayının artması istisna deyil. Ticarət mərkəzinin qalıqları arasında axtarış hələ davam edir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir