Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Ermənistan atəşkəs rejimini intensiv şəkildə pozmağa davam edir – XİN-dən bəyanat

“Azərbaycan xalqı özünün qədim Novruz ənənələrinə sadiq qalaraq bayram etdiyi bir vaxtda Ermənistan silahlı bölmələri əsl simasını nümayiş etdirərək atəşkəs rejimini intensiv şəkildə pozmağa davam edir. Bu da Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətin tərkib hissəsidir”.
Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, bütün beynəlxalq ictimaiyyət Novruzun fundamental dəyərlərini, xüsusilə də Novruzun sülhə, barışa, anlaşmaya çağırışını yüksək qiymətləndirdiyi bir şəraitdə Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq aqressiv və təcavüzkar siyasətini yürütməkdə davam edir:”Nəticədə beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinin bir daha şahidi olur”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir