Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rusiyada prezident seçkiləri baş tutub

Rusiyada yerli vaxtla saat 17:00-a olan məlumata görə seçici fəallığı 51,9 faiz təşkil edib. “Russia Today” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirilib.
Daha əvvəl Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, prezident seçkiləri yüksək şəffaflıq şəraitində keçirilir.
Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Dövlət başçısı vəzifəsi uğrunda hazırkı prezident Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin,  Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, “Vətəndaş təşəbbüsü” Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir