
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı NATO rəhbəri ilə telefon danışığında Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatına toxunub.
Ərdoğan əməliyyatın İŞİD-ə qarşı mübarizəyə maneə olmadığını deyib.
Qeyd edək ki, Türkiyə ordusu bu ilin 20 yanvarında Suriyanın Afrin bölgəsində PKK-nın Suriya qolu PYD-ə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatın gedişində minlərlə terrorçu zərərsizləşdirilib, onlarla yaşayış məntəqəsi azad edilib.