
Prosesə uyğun olaraq qeyd etmək lazımdır ki, bu gedişlə S. Sarkisyan Ermənistan iqtisadiyyatını K.Karapetyana tapşırır. Bunun isə iki əsas səbəbi var. Birincisi, onsuz da iflic vəziyyətdə olan Ermənistan iqtisadiyyatından bundan sonra o deyil, K.Karapetyan məsuliyyət daşıyacaq. İkincisi, Karapetyanı Ermənsitana göndərənlərin bir növ künlünü almış olur.
Uzun sözün qısası, əsas nəticə odur ki, yeni idarəetmə mexanizminin tətbiqindən sonra ölkədə əsas idarəçilik baş nazirin əlində olacaq, yeni təyin olunan Prezident isə sadəcə fiqur rolunu oynayacaq. Çox güman ki, bundan sonra Qarabağla bağlı keçrilən görüşlərə də Armen Sarkisyan deyil, baş nazir qatılacaq.
Cəbrail Fərzəliyev,
Geosiyasi məsələlər üzrə ekspert