Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Növbədənkənar seçkilərlə bağlı MSK-nın iclası başladı

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.
Media-fakt.info “Report”a istinadən xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planının təsdiq edilməsi, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması, MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi daxildir.
Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir