
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.
“Qatarların hərəkəti dayandırılıb. Daha sonra şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb. Hadisədə hər hansı intihar məqsədi olmadığı görünür. Qatarların hərəkətində təxminən 10 dəqiqə gecikmə oldu. Daha sonra qatarların hərəkəti bərpa olunub”, – deyə Paşayev qeyd edib.