Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İlham Əliyev Bodrumda belə dincəldi FOTO

ilham-aliyev-bodrumTürkiyə qəzetləri Azərbaycan prezidenti İlham Əliyevin ailəsilə birlikdə Bodrumda istirahət etməsindən yazıb. “Sabah” qəzetiiyunun 27-də Əliyevin Bodrum hava limanına endiyi və yanındakılarla birlikdə qalacaqları Göltürkbükü məhəlləsindəki 5 ulduzlu otelə yollandığı haqda xəbər verib. Xəbərdə göstərilir ki, İlham Əliyevin xanımı və uşaqları ondan iki gün qabaq Bodruma gedib.

Hava limanında İlham Əliyevin şəkilini çəkməyə imkan verilməyib. Lakin jurnalistlər üç gün sonra onun istirahət etdiyi yerdə şəkilini çəkə biliblər. Şəkili dərc edən “Sözçü” qəzeti yazır ki, İlham Əliyev Bodrum aeroportundan qaldığı otelə 12 avtomobildən ibarət karvan və havadan helikopterlərin müşayiəti gedib. Əliyev 3 gün boyunca sahilə enməyib. Dünən isə ilk dəfə sahilə enən Əliyev türk jurnalistlərin kameralarından yayına bilməyib. 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir