Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Sentyabr 2016

Bakıda 18 məktəb direktoru işdən çıxarılıb

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunan qanun pozuntusu faktları ilə əlaqədar 18 məktəb direktoru, 4 direktor müavini və 3 müəllim tutduqları…

Rüfət Səfərov apellyasiya şikayəti verib

Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Bu barədə onun vəkili Bəhruz Bayramov bildirib. Vəkil Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün qərarını hələ ki, almadığını deyib: “Vaxt az olduğu üçün ilkin apellyasiya şikayətini Lənkəran…

Hüquq müdafiəçisi BMT nümayəndələrini siyasi girovlarla görüşə çağırdı

Qiymətləndirmə missiyası ilə Bakıya gələn BMT İnsan Hüquqları Şurasının məsul xüsusi məruzəçisi Mişel Forst sentyabrın 16-da vətəndaş sektorunun nümayəndələri ilə görüş keçirib. O, insan hüquqlarının və vətəndaş azadlıqlarının müdafiəsi sahəsində vəziyyət haqqında qiymətləndirmə və tövsiyələri dinləyib. Görüşdə vətəndaş cəmiyyəti fəalları…

Avroliqanın I turu: “Qarabağ” heç heçə etdi, “Qəbələ” məğlub oldu

Ardıcıl ikinci il qrup mərhələsinə yüksələn “Qəbələ” ilk görüşünü səfərdə keçirib. Roman Qriqorçukun komandası “Anderlext”in qonağı olub. Brüsseldə keçirilən görüşdə təmsilçimiz 1:3 hesabı ilə uduzub. “Qəbələ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu sentyabrın 29-u doğma meydanda “Maynts”a qarşı keçirəcək. “Anderlext” (Belçika)…

Siyasi məhbus aclığı dayandırıb

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri, siyasi məhbus Mövsüm Səmədov 17 gün davam edən aclıq aksiyasını dayandırıb. Bu haqda onun vəkili Yalçın İmanov məlumat verib. Vəkil sentyabrın 15-də Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşüb. Vəkilin sözlərinə görə, M.Səmədov aclığı bu…

AB Rusiyaya qarşı sanksiyaları uzatdı

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadıb. 146 vətəndaş və 37 hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar 2017-ci ilin martına kimi uzadılıb. Sanksiya siyahısına AB-nın Ukraynanın suverenliyini və müstəqilliyini pozmaqda ittiham etdiyi fiziki şəxslər və şirkətlər daxil edilib.

Ukraynadakı azərbaycanlılar ayağa qalxdı – MİTİNQ

Bu gün Kiyev vaxtı ilə saat 12:00-da Ukraynanın paytaxtında azərbaycanlı icmasının nümayəndələri mitinq keçirəcək. Cebhe.info xəbər verir ki, bu məlumatı Azərbaycan-NATO Əməkdaşlıq  İnstitutunun rəhbəri Fərrux Məmmədov facebook sosial şəbəkəsində yayıb. O, bildrib ki, etiraz aksiyasına səbəb Ukraynada yaşayan azərbaycanlı iş…

Vəkili Fuad Əhmədli ilə görüşdü

“Kürdəxanı istintaq təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc üzvi Fuad Əhmədlinin heç bir maddi və ruhi sıxıntısı yoxdur”. Bunu “Turan” İnformasiya Agentliyinə sentyabrın 14-də Fuad Əhmədli ilə görüşənvəkil Əsabəli Mustafayev deyib. Avqustun 18-də saxlanılan Fuad Əhmədli ilə görüşə…

Milli Şura Müsavatın mitinqinə dəstək verdi

Milli Şura 17 sentyabr mitinqinə hazırlığı müzakirə etdi Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 14-də növbəti iclasını keçirib. İclasda MŞ-nın Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı “Monarxiyaya yox, talana son!” şüarı ilə başladığı etiraz aksiyaları barədə fikir…

Rusiyadan növbəti separatçı addım

Rusiyanın “Taşir” şirkəti Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın elektrik şəbəkəsini satın almaq üçün danışıqlar aparır. Bu barədə məlumatı Ermənistanın “Jamanak” qəzeti yayıb. Qəzet danışıqların intensiv şəkildə davam etdiyini deyib. “Danışıqlar uğurla nəticələnsə, “Taşir” şirkəti Ermənistandan sonra Qarabağın…