Yenifakt.info

Müstəqil xəbərlər portalı

Year: 2016

Ermənistanın baş naziri istefa verdi

Ermənistan baş naziri Ovik Abramyan bu gün hökumətin iclasından sonra istefa verdiyini elan edib. Abramyan Ermənistan cəmiyyətində qütbləşmənin olduğunu və bunun daxili və xarici səbəblərdən irəli gəldiyini deyib. Dövlət isə keçid iqtisadiyyatının doğurduğu problemlərlə üz-üzədir. Ona görə də bu vəzifələrin…

Metropolitendə vergi pozuntuları aşkarlanıb

Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində Bakı metrosu ilə sərnişindaşıma xidmətləri üzrə bir gedişin maya dəyəri maliyyə hesabatlarında artıq göstərilib. Bu barədə Hesablama Palatası tərəfindən “Bakı Metropoliteni” QSC-də həyata…

Sürücülük vəsiqəsinin alınması qaydaları dəyişəcək

Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinə əlavə və dəyişikliklər edilir. Qanunun…

Özbəkistanın müvəqqəti prezidenti məlum oldu

Özbəkistanın baş naziri Şavkat Mirzeyev ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Belə bir qərar Qanunverici palata və Senatın birgə iclasında qəbul edilib. Xatırladaq ki, sentyabrın 2-də Özbəkistan hökuməti prezident İslam Kərimovun ölməsi ilə bağlı rəsmi məlumat yaymışdı.

Gənc fəal Bayram Məmmədov şikayət verib

Gənc fəal Bayram Məmmədovun həbs müddətinin 2 ay artırılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib. Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc barəsində həmin qərarın ləğv edilməsi istənilir. Bu haqda «Turan» İnformasiya Agentliyinə B.Məmmədovun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil…

“Azadlıq”ın işçilәri bir-bir dindirilir; redaktor da ifadə verdi

Sentyabrın 7-də “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib. Bu barədə Sücəddin Şərifov özü məlumat verib: “Bu gün səhər saatlarında Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən zəng edib şahid qismində…

“Qanunlar cəmiyyətin inkişafına uygunlaşdırılmalı olduğu halda, prezidentin “gücləndirilməsinə” xidmət edir”…

Aqil Rəsulov: “ Yəqin ki, bir müddət də insanlar  “evində ac qalmaq həbs olunmaqdan yaxşıdır” prinsipi ilə idarə olunacaqlar.” Bir müddət əvvəl ölkənin ikinci şəxsi Milli məclisin sədri idi. Sonra bu səlahiyyət baş nazirə ötürüldü. İndi isə vitse-prezidentə təhvil verilmək…

Milli Şuranın mitinq müraciətinə cavab verilmir

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab vermir.  Mitinqlə bağlı müraciət avqustun 31-i göndərilib və qanuna görə bu müddət ərzində rəsmi cavab verilməliydi. Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə…

Maşallah Əhmədovun ev dustaqlığının müddəti uzadıldı

Bu gün Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib. M.Əhmədovun barəsində seçilmiş ev dustaqlığı daha bir ay müddətinə…

AB Rusiyaya qarşı sanksiyaların müddətini artırdı

Avropa Birliyi üzv ölkələrinin daimi nümayəndələri sentyabrın 7-də keçirilən iclasda Rusiya və Ukrayna vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyaların müddətini daha altı ay artırıblar. “Daimi Nümayəndələr Komitəsi (Coreper) Şurası AB-nin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa istiqamətlənmiş addımlarla əlaqədar məhdudiyyət tədbirlərinin daha…