Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

BAKIDA 2 POLIS ÖLDÜ, BIRI YARALANDI

Media-fakt.info xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 07:30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda qeydə alınıb. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb. Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir