Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət İnsan haqları Siyasət

Gənc fəal hər mitinqdən sonra Əliyevlər rejiminin sifarişilə polisə çağırıldığını deyir.

Müsahibimiz Demokratik Dəyərlərə Dəstək İctimai Birliyinin sədr müavini Abdulhüseyn Ələkbərovdur.

 -Abdulhüseyn bəy, 23 sentyabr və 7 oktyabr mitinqlərində iştirak etdiyinizə görə polisə çağırıldığınızı bildirmisiniz. Bu addımı özünüzə qarşı təzyiq hesab edirsinizmi? – Mən 2017-ci ildə sosial tələblərlə keçirilən bütün mitinqlərdə iştirak etmişəm. O cümlədən əvvəlki illərdə də. Deməli 2015-ci ildən bu yana mənim polisə çağırılmağım adi haldır. Çünki, mən öz prinsiplərimdən əl çəkməyərək haqsızlığa və özbaşınalığa qarşı etiraz edirəm. Hökumət adamları da məni susdurmaq istəyir. İstər 8 apreldə keçirilən mitinqdə, istər 28 mayda Novxanıda keçirilən mitinqdə, istərsə də son 23 sentyabr və 7 oktyabr mitinqlərində iştirakdan sonra mən polisə çağırılmışam. Lakin, sonuncu dəfə 10 oktyabr 2017-ci ildə Binəqədi rayon Polis İdarəsinə aparıldığım zaman olduqca ağır təhqirlərə məruz qaldım və 4-5 saat dindirildim. Mənim bütün hərəkətlərimdən aqressivləşən hakimiyyət artıq mənim həyatıma təh

lükə yaradır. Mən artıq ailəmlə və həyatımla təhdit olunuram. Çünki, polis işçiləri mənə bildirdilər ki, sən həbs olunsan ailəni nələr göslədiyini bilmirsən. Buna görə də bütün ictimaiyyətə müraciət edirəm ki, mənə dəstək olsunlar.

-Qeyd etdiyiniz ki, bütün hərəkətləriniz izlənilir, yəni nə etmisiniz ki? – Mən narkomaniyanın genişlənməsinə qarşı aktiv mübarizə aparmışam. Mediada bildirmişəm ki, narkobiznesin arxasında məmurlar dayanır. Xüsusilə  15 iyul 2017-ci ildə çıxan “Cümhuriyyət” qəzetində və “Cebhe.info” saytında demişdim ki, məmurlar narkobiznesin arxasında dayanaraq milyonlarla pul qazanırlar. Sovetskidə sökülən evimizə görə verilən kompensasiyaya etiraz etmişəm. Eyni zamanda müavini olduğum Demokratik Dəyərlərə Dəstək Mərkəzi İctimai

Birliyinin qeydiyyata alınmadığından sənədlərini Avropa Məhkəməsnə göndərmişik və icraata götürülüb. Həm də mən siyasi partiya üzvü olmasam da mitinqlərdə iştirakım siyasi hakimiyyəti narahat edir. Halbuki, mən korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə, büdcənin talan edilməsinə qarşı çıxmışam. Qeyd edim ki, mən növbəti mitinqdə də iştirak etmək fikrindəyəm. Lakin, hər an həbs olunacağımı gözləyirəm.

-Abdulhüseyn bəy, hansı addımlar atmağı düşünürsünüz? – Mənə polisdə bildirdilər ki, mən hökumət adamlarını ləkələyirəm. Mən də bildirdim ki, gənclər və yeniyetmələr narkotika ilə zəhərlənirlər, polislər isə bu işdən pul qazanırlar. Çünki polis narkotika satanı tanıyır lakin, mane olmur. Mən yenə də ölkə başçısına müraciət edəcəyimi bildirdim. Çünki, əvvəllər də Daxili İşlər Nazirinə və baş prokurora yazmışamki, mənə qarşı edilənlərlə bağlı tədbir görün. Artıq əminəm ki, məni fikirlərimə və həqiqəti dediyimə görə cəzalandırırlar. Bu Azərbaycan hakimiyyətinin gerçək üzüdür. Gəncləri və aktiv insanları cəzalandırmaq. Bu prosesin başında isə Əliyevlər rejimi dayanır. Sadəcə bəzi məsələləri qeyd etmək istəmirəm ki, onlar istintaqla bağlıdır. Amma mənə qarşı olunan hədə-qorxu barəsində ictimaiyyətə həmişə məlumat verəcəm.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir