Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Tovuzda 26 yaşlı gənc avtomobil oğurladı və qəza törətdi

Tovuzda avtomobil oğrusu qəza törədib.
“Trend”in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayonun Xatınlı kənd sakini, 1991-ci il təvəllüdlü Rüstəmov Əli Firudin oğlu sərxoş vəziyyətdə rayonun Aşağı Quşçu kəndinə gələrək oradan “VAZ” markalı avtomobili oğurlayıb.
Ə.Rüstəmov həmin avtomobili qaçırmaq istəyərkən rayon ərazisində idarəetməni itirərək qarşı yola çıxıb və nəticədə iki avtomobillə toqquşub.
Hadisə yerinə gələn Tovuz rayon Polis Şöbəsinin əməkdaşları Ə.Rüstəmovun sərxoş olduğunu və idarə etdiyi avtomobili oğurluq yolu ilə əldə etdiyini müəyyənləşdirilib.
Ə.Rüstəmov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir