
Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.
O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.
Əlavə edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub.
Axtarışlara təlim görmüş itlər də cəlb edilib.




