
Azərbaycan çox sayda jurnalistin həbs edildiyi ölkələr arasındadır, hazırda orada həbsdə olan jurnalistlərin sayı 10 nəfərdir. Amma hakimiyyət nümayəndələri Azərbaycanda heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs edilmədiyini iddia edir, deyə hesabatda bildirilir.
Təşkilat qeyd edir ki, jurnalistlərin təxminən 75%-i dövlət əleyhinə fəaliyyət və ya terrorla bağlı ittihamla saxlanılıb.
JMK-nin fikrincə, həbs edilən jurnalistlərin sayının artması beynəlxalq ictimaiyyətin mətbuat azadlığı sahəsində qlobal böhranı nizamlaya bilməməsi deməkdir.