Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Neft Daşlarında fəhlələr arasındakı insident ölümlə nəticələnib

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır

Neft Daşlarında fəhlələr arasında baş verən insident ölümlə nəticələnib.

SOCAR-ın rəsmi məlumatına görə, hadisə dekabrın 12-də SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində baş verib.

Məlumata görə, bölmənin fəhlələri Anar Əsgərov və Azər Xalıqov arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

Nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirib. A.Xalıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir