Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Xəzərin səthi ayrıca sazişlə bölünəcək – Video

Xəzərin su səthinin bölünməsi prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.
Media-fakt.info-nun xəzər tv-yə istinadla məlumatına görə, bununla bağlı Xarici İşlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Xəzərin dibinin dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulur ki, bu sektorlarda xəzəryanı dovlətlər mineral ehtiyatların hasilatı və işlənməsində suveren hüquqlara malikdirlər.
Razılaşdırılan konvensiya layihəsində su səthi üzrə müəyyən zonalar müəyyən olunub. 15 millik zona dövlətin suveren ərazisi kimi qəbul olunub. 15 milə əlavə olaraq 10 mil balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə qalır.
Nazir müavini qeyd edib ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir